
İndoneziya hər il Rusiyaya 20 min tələbə göndərməyi planlaşdırır
İndoneziya Prezidenti Prabowo Subianto 20 min tələbəyə Rusiyada təhsil ala bilmələri üçün təqaüd verəcək. TASS xəbər verir ki, bu barədə yeni seçilmiş prezidentin qardaşı, iş adamı Haşim Cohohadikusumo məlumat verib.
“Hər il 20 min tələbəni dövlət hesabına Rusiya Federasiyasına oxumağa göndərəcəyik”, - deyənHaşim qeyd edib.
O bildirib ki, İndoneziya prezidenti Rusiya prezidenti Vladimir Putinlə danışıb və o, indoneziyalı tələbələrin tibb, fizika, nüvə mühəndisliyi və digər elmlər üzrə təhsil alması üçün xüsusi yerlər ayırmağa razılaşıb.
Tələbələri xaricə elm öyrənmək üçün göndərmək Prabowo Subiantonun seçkiqabağı vədlərindən biri idi.
Yeni prezidentin andiçmə mərasimi oktyabrın 20-də Cakartada keçiriləcək.
Oxuməni.az
Digər xəbərlər