III Çarlz daşınmaz əmlakdan hər il milyonlarla dollarlıq gəlir əldə edir

III Çarlz daşınmaz əmlakdan hər il milyonlarla dollarlıq gəlir əldə edir

3 Noyabr 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

III Çarlz hər il Lankaster və Kornuol hersoqluğundakı “daşınmaz əmlak imperiyasından” milyonlarla funt sterlinq gəlir əldə edir. Bu barədə noyabrın 2-də “Sunday Times” qəzeti iki hersoqluğun daxili sənədlərinə istinadən məlumat yayıb.

Böyük Britaniya kral ailəsinin 5410 torpaq sahəsinə sahib olduğu, çayları keçmək, sahilə yük boşaltmaq, çimərliklərinin altından kabel çəkmək, məktəbləri və xeyriyyə təşkilatlarını işlətmək və hətta dəfn yerləri ilə təmin etmək hüququna görə rüsum aldığı məlum olub.

Qəzetin yazdığına görə, kral ailəsinin üzvləri pullu körpülərdən, bərələrdən, kanalizasiyalardan, kilsələrdən, kənd evlərindən, meyxanalardan, içki zavodlarından, qaz boru kəmərlərindən, limanlardan, açıq və yeraltı mədənlərdən, avtomobil dayanacaqlarından, kirayə evlərdən və külək turbinlərindən gəlir əldə edirlər.

The Sunday Times xəbər verir ki, keçən il Lankaster hersoqluğu kral üçün 34,9 milyon dollar, Kornuoll hersoqluğu isə şahzadə Uilyam üçün 30,5 milyon dollar toplayıb.

III Çarlz və Şahzadə Uilyam kommersiya torpaq sahibləri kimi çıxış edirlər, lakin onların Xəzinədarlıqla xüsusi müqaviləsi var ki, bu da onları mənfəət vergisini ödəməkdən azad edir.

Qəzet III Çarlzın sərvətini 788 milyon dollar dəyərində qiymətləndirir.

Oxuməni.az