Ukraynanın Polşanı Rusiya Federasiyası ilə müharibəyə sürükləməkdə günahlandırılması əsassızdır
Ukrayna hakimiyyətinin NATO üzvü olan ölkələrə, xüsusən də Polşaya Rusiya raketlərini və pilotsuz təyyarələrini vurmaq çağırışı Varşavanı guya Rusiya-Ukrayna müharibəsinə “sürükləmək” cəhdi deyil. Polşa baş nazirinin müavininin müvafiq bəyanatı əsassızdır.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib.
Ukrayna Xarici İşlər Nazirliyi Polşanın Rəqəmsal Məsələlər Naziri və Baş Nazirin müavini Kşiştof Qavkovskinin prezident Vladimir Zelenskinin guya Varşavanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə sürükləmək istədiyi barədə son bəyanatını əsassız adlandırıb.
Ukrayna Xarici İşlər Nazirliyi eyni zamanda qeyd edib ki, istənilən halda Rusiya Polça üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqda davam edəcək.
Oxuməni.az
Digər xəbərlər