Qeyl Sleyter ABŞ Ədliyyə Nazirliyinin antiinhisar departamentinə rəhbərlik edə bilər
Donald Tramp yeni seçilmiş vitse-prezident Ceyms Devid Vensin baş köməkçisi Qeyl Sleyteri ABŞ Ədliyyə Nazirliyinin antiinhisar departamentinin rəhbəri təyin edə bilər. Bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin fikrincə, Sleyterin təyinatı yeni administrasiyanın antiinhisar qanunlarının tətbiqi ilə bağlı sərt mövqe nümayiş etdirməsini dəstəkləyəcək. Bu xətt ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının rəsmilərinin müdafiə etdiyi xəttə bənzəyəcək.
Qəzetin qeyd etdiyi kimi, Sleyterin mümkün təyinatı ilə bağlı məlumatlar Tramp administrasiyasında ABŞ Federal Ticarət Komissiyasının rəhbəri postu uğrunda mübarizə fonunda ortaya çıxıb.
Oxuməni.az
Digər xəbərlər