![160 qıza təcavüzdə şübhəli bilinən italiyalı Elzasda həbs olunub](http://oxumeni.az/images/2020/10/25/frasssss.jpg)
160 qıza təcavüzdə şübhəli bilinən italiyalı Elzasda həbs olunub
Elzasın cənubunda 52 yaşlı italiyalı saxlanılıb, onun 160 yetkinlik yaşına çatmayan uşağa təcavüzündən şübhələnirlər.
Oxuməni.az euronevvs-ə istinadən xəbər verir ki, Fransa hüquq-mühafizə orqanları şübhəli Kozimo Kionnanı Almaniyanın tələbi ilə verilmiş Avropa orderi əsasında həbs edərək Kolmar şəhərinin həbsxanasına yerləşdiriblər.
İstintaqın məlumatına görə, o, 2000-ci ildən 2014-cü ilə qədər öz qızını, həmçinin mülki nikahda yaşadığı həyat yoldaşının uşaqlarını dəfələrlə zorlayıb.
Onun Elzasda olması haqqında Fransa hüquq-mühafizə orqanlarına oktyabrın 7-də məlum olub. Xüsusi axtarış briqadası on gün sonra Rümersaym-le-O kommunasında onun izinə düşüb. O, burada məşuqələrindən birinin evində qalırdı.
Oxuməni.az
Digər xəbərlər