Azərbaycanda bəzi ixtisasların təhsil xərcləri artırıldı

Azərbaycanda bəzi ixtisasların təhsil xərcləri artırıldı

21 Sentyabr 2013 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" qərarda dəyişikliklər edib.Dəyişiklik Maliyyə Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin təklifləri nəzərə alaraq edilib. Dəyişikliklərə görə, 2013-cü il sentyabrın 1-dən qüvvəyə minən yeni dəyişiklikdən sonra ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı aşağıdakı cədvəldə göstərildiyi kimi olacaq.

Sənətşünaslıq 1700
Rejissorluq 2400
Dekorativ sənət 4000
Dizayn 1920
Rəngkarlıq 5000
Qrafika 5000
Heykəltəraşlıq 5000
Memarlıq 2000
Müalicə işi 4500
Hərbi həkim işi 4500
Tibbi profilaktika 4000
Əczaçılıq 4000
Stomatologiya 4000

Magistratura səviyyəsində isə isə qiymətlər aşağıdakı kimi olacaq:

Sənətşünaslıq 1700
Aktyor sənəti 2000
Dekorativ sənət 4000
Rejissorluq 2600
Dizayn 1920
Rəngkarlıq 5000
Qrafika 5000
Heykəltəraşlıq 5000
Memarlıq 2000

Səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə:
magistraturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar 4000
rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar 4000

O.M.