Hüseyn Bağırov: “Qızıl ehtiyatlarımız 2 dəfədən çox artıb”

Hüseyn Bağırov: “Qızıl ehtiyatlarımız 2 dəfədən çox artıb”

7 May 2014 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Son 10 ildə Azərbaycanda 192 yataq və çoxsaylı təzahürlər kəşf olunub.

Apa-nın verdiyi məlumata görə, bu, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun "Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda keçirilən konfrans üçün təqdim etdiyi məruzədə yer alıb.

Bu yataqların 12-si filiz (bunlardan 8-i qızıl), 52-si qeyri-filiz, 127-si inşaat materialları və 1-i yeraltı şirin su yatağıdır. H. Bağırov qeyd edib ki, hazırda yeni kəşf olunmuş yataqlar hesabına Azərbaycanın inşaat materiallarına və qeyri-filiz xammalına tələbatı tam ödənilir. Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artıb.

Mediainfo.az