Neftçilərə mənzillərinin orderi təhvil verildi
Bu gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Bakının Xətai rayonunda 8 bloklu 303 mənzilli yeni yaşayış binasında ev almış neftçilərə orderlərin təqdim olunma mərasimində iştirak ediblər.
Yaşayış binası 12 mərtəbədən, 303 mənzildən ibarətdir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilib. Binalar tam təmirli mətbəx, giriş mebeli və qaz plitələri ilə təmin edilib.
Qeyd edək ki, 2010-2013 illər ərzində neftçilərə 5 mln. manatdan artıq maddi yardım edilib, 2013-cü ildə 12 mindən artıq neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. 2010-cü ildən "Neftçi" mənzil-tikinti kooperativi yaradılıb. 2007-2013-cü illərdə 1 744 neftçi ailəsi ARDNŞ tərəfindən mənzillə təmin olunub. Bu gün 4 454 nəfər işçi mənzil uçotundadır, onların da 4006 nəfəri Bakıda, 448 nəfəri də müxtəlif rayonlarda yaşayır. Hazırda Lökbatan və Sahil qəsəbələrində ümumilikdə 499 mənzilli 2 yeni yaşayış binasının tikintisi başa çatmaq üzrədir, Bibiheybətdə isə 1000-dən artıq ailənin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikilməsi ilə bağlı hazırlıq işləri aparılır.
Mediainfo.az