FED rəsmisi: "İlin sonunadək uçot dərəcəsi bir dəfə də artırılacaq"

FED rəsmisi: "İlin sonunadək uçot dərəcəsi bir dəfə də artırılacaq"

11 İyul 2017 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın San-Fransisko ştatının Federal Ehtiyat Bankının prezidenti Con Uilyams ilin sonunadək Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) tərəfindən uçot dərəcəsinin daha bir dəfə artırılacağına ümid edir.

Apa "Reuters" agentliyinə istinadən xəbər verir ki, C. Uilyamsın fikrincə, ABŞ-da inflyasiya ilə bağlı açıqlanan zəif göstəricilər müvəqqətidir və il ərzində inflyasiya hədəflənən 2% səviyyəsinə çatacaq.

"Uçot dərəcəsinin artırılması və balans həcminin azaldılması bir-birini tamamlayan və atılması zəruri olan addımlardır", - deyə FED rəsmisi qeyd edib.

Mediainfo.az