“Google”un xalis mənfəəti 18% artıb

“Google”un xalis mənfəəti 18% artıb

14 Oktyabr 2011 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın "Google Inc." internet korporasiyasının xalis mənfəəti bu ilin 9 ayı ərzində 18% artaraq 7,03 mlrd. dollar təşkil edib. Şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, bir il əvvəl bu göstərici 5,96 mlrd. dollar olub.

Hesabat dövründə şirkətin gəlirləri 31% artaraq 20,88 mlrd. dollardan 27,32 mlrd. dollara yüksəlib. Əməliyyat gəlirləri isə 12% artaraq 8,29 mlrd. dollara çatıb.

Cari ilin III rübündə "Google"nin xalis mənfəəti 26% artaraq 2,73 mlrd. dollar (ötən il 2,16 mlrd. dollar) təşkil edib. Gəlirlər isə 33% artaraq 7,29 mlrd. dollardan 9,72 yüksəlib. Əməliyyat gəlirləri isə 20% artaraq 2,55 mlrd. dollardan 3,06 mlrd. dollara çatıb.

Qeyd edək ki, qərargahı Kaliforniya ştatının Mauntin-Vyu şəhərində yerləşən "Google" korporasiyası dünyanın ən məşhur internet axtarış sisteminə sahibdir. Bu sistem ayda 41 mlrd. 345 mln. sorğunu emal edir. 1998-ci ildə Stenford Universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkətin 23 min əməkdaşı var.

Tofiq Əliyev

O.M.