
Timsaha gəlinlik geyindirərək bələdiyyə sədri ilə evləndirdilər
Bələdiyyə sədri timsahla evləndi. Hətta gəlinlik belə geyindirdilər. Meksikada San Pedro Huamelula bələdiyyə sədri gəlinlik geyinmiş timsahla evlənib. Ənənəvi toy mərasimində şəhər sakinləri ilə timsah rəqs edib. Toy mərasimi bələdiyyənin inzibati binasında keçirilib.
Meksikanın Oaxaka ştatında yerləşən San Pedro Huamelula şəhərinin bələdiyyəsi Viktor Hüqo Sosa Qarsiya xalqına şans, bolluq və firavanlıq gətirmək üçün timsah Alisiya Adriana ilə evlənib.
Musiqi və rəqslərin müşayiəti ilə şənlik şəraitində keçən toya şəhər əhalisi böyük maraq göstərib. Toydan əvvəl timsah Alicia Adrianaya gəlinlik geyindirilib, təhlükəsizlik üçün ağzı bağlandıqdan sonra San Pedro Huamelula küçələrində parad şəklində nümayiş etdirilib.
Şəhər sakinləri ilə rəqs edən timsah nəhayət ki, toy üçün bələdiyyəyə gətirilib. Burada timsahla bələdiyyə sədri Qarsiya arasında nikah baş tutub. Toyu şəhərin tanınmış dini lideri keçirib.
Toy zamanı timsah gəlin ilə evlənməyə razı olub-olmadığını soruşduqda bələdiyyə başçısı Qarsiya, "Mən məsuliyyəti qəbul edirəm, çünki bir-birimizi sevirik, önəmli olan budur. Sevgi olmadan evlilik də ola bilməz. Biz bir-birimizi sevirik və mən də razıyam" cavabını verib.
San Pedro Huamelula şəhərində 1789-cu ildən bəri davam edən bu ənənə o zaman düşmən olan iki icmanın barışmasını təmin etmişdir. Bu adət simvollaşaraq bu gün də davam etməkdədir.
Hər il keçirilən belə nikahlar şəhər əhalisinə bolluq, əmin-amanlıq və harmoniya gətirdiyi ümid edildiyi üçün hələ də davam etməkdədir...
Murad Şahməmməd