Taksidə əşya unutmağa son!
Taksilərdə şəxsi əşyanı unutmaq ən cansıxıcı məqamdır desək, yanılmarıq. Əşyanın qaldığı taksini tapmaq, sürücüsü ilə əlaqə saxlamaq - bütün bunlar stressdir. Dargözlülər bu stressə də çarə tapdılar! Tokioda fəaliyyət göstərən "Kokusai" adlı taksi firmasının texnologiyası sayəsində sistem maşında qalan əşyanın fərqinə varır və sürücüyə xəbərdarlıq edir. Maşında oturacaqların altında və baqajda "İdeacross" kameraları yerləşir. Bu kameralar sərnişin mindikdən və düşdükdən sonra fotoları müqayisə edir. Əgər əşya unutulursa, alarm çalmağa başlayır. Sərnişinlər anonimliklərinin qorunmasını istədikləri halda isə onlara bildirilib ki, bu sistem insanın üzünü yaddaşa salmır.
Günel Həbib
O.M.
Digər xəbərlər