Qazaxıstan prezidenti Yaponiyanın baş naziri ilə telefonla danışıb

Qazaxıstan prezidenti Yaponiyanın baş naziri ilə telefonla danışıb

9 Avqust 2024 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yaponiyanın Baş naziri Fumio Kişida ilə telefonla danışıb.

Akordanın verdiyi məlumata görə, Tokayev Yaponiyada bir gün əvvəl baş vermiş zəlzələ ilə bağlı yapon xalqına həmrəylik sözlərini bildirib və bunun ciddi nəticələrə səbəb olmayacağına ümid etdiyini bildirib.

Öz növbəsində Fumio Kişida “Mərkəzi Asiya+Yaponiya” dialoqunun birinci sammitində iştirak etmək üçün Qazaxıstana rəsmi səfərini təxirə salmaq məcburiyyətində qaldığını açıqlayıb.

Həmsöhbətlər Qazaxıstan-Yaponiya əlaqələrinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin regionlararası qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Oxuməni.az