Prezidentə kitab hədiyyə etdilər
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında prezident İlham Əliyevə kitab hədiyyə olunub. Bu barədə "Qanun Nəşrlər Evi"nin Facebook səhifəsində məlumat verilib. Məlumatda bildirilir ki, prezidentə Mustafa İsen, Ali Fuat Bilkan, və Tuba Işınsu Durmuşun müəllifi olduğu "Sultanların şeirləri şeirlərin sultanları" kitabı Türkiyə nümayəndə heyəti tərəfindən hədiyyə olunub.
Qeyd edək ki, kitabda ən üst idarəçilərin əliylə "Türk dilinin səs bayrağı" olaraq ucaldığını göstərilir. Bir-birləriylə siyasi rəqib olan sultanlar öz üstünlüklərini söz üzərindən qurmağa çalışırlar.
O.M.
Digər xəbərlər