
Kiyevdə toqquşmalarda bir Belarus vətəndaşı öldürülüb
Kiyevdə müxalifətlə polis arasında baş vermiş toqquşmalar zamanı ölənlərdən daha birinin şəxsiyyəti müəyyənləşdirilib.Apa – nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, Belarus vətəndaşı Mixail Jizdnevskidir.
"Azadlıq" radiosunun yaydığı xəbərdə bildirilir ki, M. Jizdnevski siyasi baxışlar üzündən vətənində problemlərlə qarşılaşdığı üçün Ukraynaya köçüb. O burada millətçi UNA-UNSO təşkilatında fəaliyyət göstərib.
Qeyd edək ki, M. Jizdnevski bu gün səhər xüsusi təyinatlıların etirazçılarla toqquşması zamanı odlu silahdan vurulub.
Digər xəbərlər