Qazaxıstan səfiri Bakı Dövlət Universitetində olub

Qazaxıstan səfiri Bakı Dövlət Universitetində olub

18 Fevral 2014 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan səfiri Amangəldi Jumabayev Bakı Dövlət Universitetində (BDU) olub. Universitetin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov ona universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən və üzvü olduğu təşkilatlarla işbirliyindən danışıb.

Görüşdə Bakı Dövlət Universiteti ilə Qazaxıstan universitetlərinin əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin Qazaxıstan Məclis sədrinin Bakı Dövlət Universitetinə səfəri məsələsini də müzakirə ediblər.