
Slavyanskda qanlı döyüşlər gedir
Ukrayna ordusu şəhərdə nəzarəti ələ keçirməyə çalışır
Ukraynanın Slavyansk şəhərində keçirilən əməliyyatlarda vurulan helikopterlərin sayı 3-ə çatıb. ANS-in məlumatına görə, Ukrayna Hava Qüvvələrinə məxsus helikopterlərin separatçılar tərəfindən raketlə vurulduğu bildirilir.
Məlumatlarda helikopterlərdə olan 4 nəfər heyət üzvünün dünyasını dəyişdiyi deyilir.
Qeyd edək ki, səhər saatlarında başlayan xüsusi əməliyyatlarda Ukrayna Ordusunun 20 helikopterdən istifadə etdiyi bildirilir.
Buna qədər ki məlumatlarda şəhərdə həkimlərdən ibarət helikopterin atəşə tutulduğu deyilirdi. Atəş nəticəsində bir tibb işçisi yaralanıb.
Mediainfo.az
Digər xəbərlər