Suriyada iranlı general öldürülüb

Suriyada iranlı general öldürülüb

29 May 2014 18:12
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada daha bir iranlı general öldürülüb. Apa-nın "Öyrənci səsi"nə istinadən verdiyi məlumata görə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanlarından biri olan general Abdullah İsgəndəri mayın 26-da Dəməşq şəhərindəki silahlı qarşıdurmada qətlə yetirilib. O, vaxtilə İranın Fars vilayətinin Şəhid Fondunun rəhbəri işləyib.

Qeyd edək ki, İran dəfələrlə Suriyada hərbçilərinin olmadığını açıqlamasına baxmayaraq, son iki il ərzində Suriya prezidenti Bəşər Əsəd hökumətinə müxalif qruplarla silahlı qarşıdurmada SEPAH-ın onlarla hərbçisi həlak olub.

Mediainfo.az