Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı Bakıya səfər edəcək

Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı Bakıya səfər edəcək

19 Avqust 2014 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bəhreynin müdafiə naziri, Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin-Əhməd əl-Xəlifənin başçılıq etdiyi nümayəndə heyətinin sentyabr ayında Azərbaycana səfəri planlaşdırılır. Bəhreyn nümayəndə heyəti sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək "ADEX-2014" birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq. Nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyində və Müdafiə Sənayesi Nazirliyində görüşləri də planlaşdırılır.

Mediainfo.az