Putin İrana gedəcək

Putin İrana gedəcək

11 Sentyabr 2015 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin bu ilin sonunadək (İranda il martın 21-də dəyişir) İrana səfər edəcək. Bunu İran xarici işlər nazirinin müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib.

Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.

İ.Rəhimpur deyib ki, səfərin baş tutması üçün danışıqlar aparılır. "Hələlik dəqiq tarix müəyyən olunmayıb. Ikitərəfli əlaqələrin inkişafı gündəlikdədir və əlaqələrin daha da inkişaf etdirilməsi üçün sənədlər hazırlanır. Səfərin ilin sonunadək baş tutması gözlənilir."

Mediainfo.az