AŞPA məruzəçisi cəbhə xəttinə gedəcək

AŞPA məruzəçisi cəbhə xəttinə gedəcək

15 Sentyabr 2015 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Robert Valter qoşunların təmas xəttinə baş çəkəcək

AŞPA-nın "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" məsələsi üzrə məruzəçisi, britaniyalı Robert Valter Dağlıq Qarabağa - təmas xəttinə fakt-araşdırıcı səfər edəcək. AŞPA saytının verdiyi məlumata görə, səfər 15-16 sentyabr tarixlərində Azərbaycanın nəzarətində olan ərazilərdə baş tutacaq. Bildirilir ki, təmas xəttinin digər tərəfinə səfər isə yaxın gələcəkdə gözlənilir.

Mediainfo.az