Trampın Tillersonu niyə işdən qovduğu üzə çıxdı

Trampın Tillersonu niyə işdən qovduğu üzə çıxdı

15 Mart 2018 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət katibi Reks Tillerson Şimali Koreya ilə danışıqlarda güzəştə getmək istədiyinə görə istefaya göndərilib.

Bu barədə informasiyanı "Röyter" agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik Tillersonun məhz bu mövqeyinə görə ABŞ Prezidenti Donald Trampla fikir ayrılığının yarandığını bildirib:

"Tramp bundan sonra Ağ Ev rəhbəri Con Kelliyə Tillersonun qovulması ilə bağlı məlumat verib. Kelli son ana qədər dövlət katibini müdafiə edib, lakin Trampı fikrindən döndərmək mümkün olmayıb".

Qeyd edək ki, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonu dövlət katibi təyin edib.Axar.az