Rusiya Ermənistanı silahlandırmaqda davam edir
Rusiya bu il yeni müdafiə krediti çərçivəsində Ermənistana 100 milyon dollarlıq silah tədarükünə başlayacaq.
Azvision.az "Ria Novosti" yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktor müavini Vladimir Drojjov bildirib.
O vurğulayıb ki, silah tədarüki 2018-cı il üçün nəzərdə tutulub.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan ötən ilin dekabrda 15 illik ödəmə müddəti olan 100 milyon dollarlıq müdafiə krediti üzrə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Digər xəbərlər