“Rus NATO-su” türk dövlətində toplandı

“Rus NATO-su” türk dövlətində toplandı

23 May 2018 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının iclası başlayıb.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya deyib. Onun sözlərinə görə, Rusiya Müdafiə naziri Sergey Şoyqu da Astanaya iclasda iştiraka gedib.

Görüşdə təşkilatın bütün müdafiə nazirlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, KTMT-yə Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan daxildir.(axar.az)