
İsrail 16 fələstinlini həbs edib
İsrail hərbçiləri ötən gecə İordan çayının qərb sahilində axtarış əməliyyatı həyata keçiriblər.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, axtarışlar zamanı terrorçularla əlaqədə olmaqda şübhəli bilinən 16 fələstinli həbs edilib. Onlardan iki ədəd əldəqayırma partladıcı maddə və odlu silah müsadirə edilib. Bundan əlavə İsrail hərbi aviasiyası Qəzza bölgəsində HAMAS-ın mövqelərinə zərbələr endiriblər. İsrail hərbi komandanlığ bunun HAMAS-ın hücumuna cavab olduğunu bildiriblər.
Digər xəbərlər