Qvineyada prezident seçkiləri oktyabrın 18-də keçiriləcək
Qvineya Prezidenti Alfa Konde ölkədə Prezident seçkilərinin oktyabrın 18-də keçiriləcəyini bildirib.
Oxuməni.az-ın xəbərinə görə, bu barədə “France-Presse” dövlət televiziyasına istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Qvineyanın hakim "Birləşmiş Qvineya xalqı” partiyası son qurultayında hazırkı prezidentin namizədliyini irəli sürüb. A.Konde isə üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək niyyətində olub-olmadığını açıqlamayıb.
Oxuməni.az
Digər xəbərlər