Rusiyada bir gündə 5500-dən çox yoluxma qeydə alınıb

Rusiyada bir gündə 5500-dən çox yoluxma qeydə alınıb

11 Sentyabr 2020 11:23
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiyada koronavirusa yoluxanların sayı 1,05 milyon nəfəri keçib.

Oxuməni.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 5 504 nəfər virusa yoluxub, 102 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 051 874 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 18 365 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 868 107 nəfər virusdan sağalıb, 165 402 nəfərin müalicəsi isə davam edir.

Oxuməni.az