Elza Seyidcahan ruhlara konsert verəcək?
Müğənni: "Daha bir ilkə imza atacağam"
Əməkdar artist Elza Seyidcahan yenə maraqlı açıqlamalar verib. Öz işlərindən danışan müğənni: "Mən bu sənətə şou xatirinə gəlməmişəm. Danışığım da, düşüncəm də fərqlidi. Qızıl balıq kimi suyun üzünə qalxıram, dibinə enmirəm. Quyu qazmıram, torba tikmirəm. Öz sənətimlə məşğulam, enerjimi xoş əməllərə xərcləyirəm" - deyib. Daha sonra müğənni yeni layihəsindən də söz açıb:" Bəziləri söyləyir ki, guya ruhlara konsert verəcəyəm. Belə bir niyyətim yoxdur. Bu, kiminsə uydurmasıdır. Ancaq bu yaxınlarda, martın 5-də şəhid ailələrinə konsert verəcəyəm. Daha bir ilkə imza atacağam."
O.M.
Digər xəbərlər