Elton Hüseynəliyev qəza törətdikdən sonra qaçıb- VİDEO
Paytaxtın Nəsimi rayonu ərazisində müğənni Elton Hüseyinəliyev yol qəzası törədib.
Mediainfo.az "Salam Azərbaycan" verilişinə istinadən xəbər verir ki, hadisə ötən gecə C.Hacibəyli və H.Əliyev küçələrinin kəsişməsində qeydə alınıb. Hadisədə Elton idarə etdiyi BMW markalı minik avtomobili ilə dönmə əməliyyatını düzgün yerinə yetirə bilmədiyindən maşını yol kənarındakı səkilərə çırpıb. Nəticədə maşının ön hissəsi yararsız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən sürücü müğənni Elton Hüseynəliyev olub. Qəribəsi budur ki, Elton nədənsə avtomobilini ərazidə qoyaraq hadisə yerindən uzaqlaşıb. E.Hüseynəliyevin yol qəzası törətməsindən danışıb. O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Hüseynəliyev qəza zamanı xəsarət almayıb və narahatçılığa əsas yoxdur:
"Eltonun qəzaya düşməsi xəbəri hər kəsi narahat edib. Səhərdən mənə zəng edib Eltonun vəziyyətini soruşurlar. Böyük bir qəza baş verməyib, hamının başına gələ biləcək kiçik bir qəzadır. Bu məsələni böyütmək lazım deyil. Elton sağ-salamatdır, barmağı da qanamayıb. Narahatlığa əsas yoxdur. Axşam toyumuz var, ora hazırlaşırıq, hər şey yaxşıdır".
Mediainfo.az