Humay Qədimova hamını təəccübləndirdi

Humay Qədimova hamını təəccübləndirdi

16 Oktyabr 2014 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Tar ifaçısı Humay Qədimova yeni fotosessiyasını təqdim edib. Bu, Humay xanımın milli üslublu geniş layihəsinin bir qolunu təşkil edir. Mediainfo-nun məlumatına görə, tarın və udun səslənməsində yeni kompozisiyalar hazırlayan Humay Qədimova, bunun milli adət-ənənələrimizin yaşamasında bir rolu olacağına ümid edir. Fotosessiyasını da bu əhval-ruhiyyəyə kökləyib.

"Layihələrin bir qismini milli üslub, milli dəsti-xətt təşkil edir. İlkini fotolarda göstərdik. Davamlı və uğurlu ola biləcəyinə inanıram. Bunu həm özümə musiqiçi kimi borc bilirəm, eyni zamanda milli musiqi ənənələrimizin yaşamasında bir tövsiyəm olacağına çalışıram" – deyə Humay xanım bildirib.

Mediainfo.az