Popun kralı böyük konsertlə anılacaq
Tamaşaçılar da bu konserti canlı-canlı izləyəcəklər
İki il öncə ani şəkildə vəfat edən Maykl Cekson böyük bir konsert proqramı ilə anılacaq. Pop kralının anası Ketrin Cekson konsertin 8 oktyabrda İngiltərədə baş tutacağını açıqlayıb. Kardif şəhərinin 75 min nəfərlik Millenium stadionu həmin gün dolub-daşacaq. Konsertdə kimlərin çıxış edəcəyi isə hələ ki, açıqlanmayıb. Böyük konsert eyni zamanda 3D formatı ilə canlı olaraq 3D kino-teatrlarda və 3D-li telekanallarda yayımlanacaq.
Heç kəs unudulmur, heç nə yaddan çıxmır.
Günel Həbib
O.M.
Digər xəbərlər