"Forbes" açıqlayır: dünyanın ən zəngin cütlüyü onlardır

"Forbes" açıqlayır: dünyanın ən zəngin cütlüyü onlardır

23 Avqust 2011 13:47
Bəyəndim (0) Bəyənmədim (0)
Siyahıda Beyons, Ancelina Coli və Viktoriya Bekhem də var

İqtisadi jurnal "Forbes" dünyanın ən zəngin cütlüyünün adını açıqladı. Jurnala görə, bu ilin varlı cütlüyü braziliyalı maneken Gisele Büdxen və əri idmançı Tom Brendidir. Cütlük ümumilikdə 76 milyon dollar pul qazanıb. Bunun 46 milyonu xanımın, 31 milyonu isə evin rəisinin çiyinlərinə düşür.

İkinci cütlük isə 72 milyon dollarlıq gəlirlə Beyons Noules və Cey-Zi oldu. Film dünyasının nəhəngləri hesab olunan Ancelina Coli və Bred Pit 50 milyon dollarla 3-cü sırada, Viktoriya-Devid Bekhemlər isə 45 milyon dollarla 4-cü sıradadırlar.

Cibdə varsa pul, "life is wonderful".

Günel Həbib

O.M.