Tarla sahibi bikinisiz Rihannanı qovdu
"We Found Love"nin klipi hazırlanır
"R and B"-nin kraliçası Rihanna yeni klipinin çəkilişləri zamanı qarğıdalı tarlasında bikinisinin üstünü çıxartdı - tarlanın sahibi qəzəbindən od püskürdü.
"We Found Love"nin çəkilişləri İrlandiyada gerçəkləşdirilirdi. Heyət çəkilişlər üçün tarla sahibindən izn aldı. Ancaq tarlasında açıq-saçıqlığa yol verildiyini görən 61 yaşlı Alan Qraham özündən çıxdı. O, müğənninin üstünə qışqıraraq, "Paltarını geyin!" - dedi. Tarla sahibi daha sonra "Rihanna ilə danışdım. Ümid edirəm ki, nə demək istədiyimi anlayıb. Onunla görüşərək, ayrıldıq", - dedi. Çəkiliş zamanı tarlanın kənarındakı yolda bir araya gələn heyranlar Rihannanı görmək istərkən tıxaca səbəb oldular.
Qadın nə istəyirsə vermək lazımdır. Əks halda özü götürəcək.
Günel Həbib
O.M.
Digər xəbərlər