"Atletiko" "Barselona"ya qalib gəldi
Oktyabrın 2-də futbol üzrə İspaniya La Liqasının 8-ci turun mərkəzi qarşılaşması keçirilib.
Oxuməni.az xəbər verir ki, “Metropolitano” stadionunda keçirilən görüşdə “Atletiko Madrid” klubu “Barselona”nı qəbul edib.
Gərgin keçən görüş meydan sahiblərinin xeyrinə başa çatıb - 2:0. Madrid təmsilçisinin heyətində Tomas Lemar və Luis Suares fərqləniblər.
Qələbə sayəsində xallarının sayını 17-ə çatdıran "Atletiko Madrid" ikinci pilləyə yüksəlib. "Barselona" isə 12 xalla 10-cı yerdə qərarlaşıb. Hazırda turnir cədvəlinə bir oyun keçirən “Real Madrid” başçılıq edir. “Kral” klubunun aktivində 17 xal var. Karlo Ançelottinin yetirmələri bu gün səfərdə “Espanyol” komandasının qonağı olacaq.
Digər xəbərlər