Məşhur qrossmeyster  Vüqar Həşimov dəfn olunub

Məşhur qrossmeyster Vüqar Həşimov dəfn olunub

14 Yanvar 2014 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilib.

Apa-nın məlumatına görə, Respublika Şahmat Mərkəzində keçirilən vida mərasimində dövlət rəsmiləri, millət vəkilləri, mərhumun yaxınları, idmançı yoldaşları iştirak ediblər.

V. Həşimov vida mərasiminin ardından 3-cü Fəxri xiyabanda torpağa tapşırılıb.