
“Mançester Siti” finalda
İngiltərə Liqa kubokunda yarımfinalın cavab oyunlarına start verilib.
Qol.az xəbər verir ki, Mançester Siti" səfərdə "Barton"un qonağı olub.
İlk görüşdə 9:0 hesablı qələbə qazanan Xosep Qvardiolanın komandası bu dəfə rəqibini minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu 27-ci dəqiqədə Serxio Aquero vurub. Bununla da "şəhərlilər" finala yüksəlib.
Qeyd edək ki, sabah keçiriləcək digər yarımfinalda "Çelsi" və "Tottenhem" üz-üzə gələcək.
Digər xəbərlər