ABŞ-da etirazçıların üzərinə maşın sürüldü, atəş açıldı

ABŞ-da etirazçıların üzərinə maşın sürüldü, atəş açıldı

8 İyun 2020 13:00
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində sürücü avtomobili etirazçı kütlənin üzərinə sürərək onlara atəş açıb.

Oxuməni.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər yaralanıb.
Polis şübhəlini saxlayıb, zərərçəkən xəstəxanaya aparılıb.
Xatırladaq ki, afroamerikalı Corc Floydun polis tərəfindən boğularaq öldürülməsindən sonra ABŞ-ın müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb. Bundan sonra 40-dan çox şəhərdə komendant saatı tətbiq edilib və hadisə iştirakçısı olan dörd polis işdən çıxarılıb. Onlardan biri qətldə ittiham olunur.

Oxuməni.az