Taxıl zəmisində baş verən yanğın  Qızılağac milli parkının ərazisinə keçib

Taxıl zəmisində baş verən yanğın Qızılağac milli parkının ərazisinə keçib

6 İyul 2020 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçib.

Oxuməni.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

Oxuməni.az