İsveçdə müsəlman məktəbində yanğın törədilib

İsveçdə müsəlman məktəbində yanğın törədilib

15 Mart 2021 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçdə naməlum şəxslər müsəlman ailələrinin övladlarının təhsil aldığı məktəblərdən birində yanğın törədiblər.

Oxuməni.az xəbər verir ki, hadisə Erebru şəhərində “Alsalamskolan” məktəbində olub.

Məktəbin direktoru Hüseyn Aldaodi SVT telekanalına bildirib ki, müşahidə kameralarının kadrlarında iki naməlum şəxsin məktəbdə yanğın törətmələri aydın görünür. Onun sözlərinə görə, videokadrlar polisə verilib.

"Maskalı şəxslər birinci mərtəbənin pəncərələrinin şüşələrini sındırıblar və məktəbə yanar maddə atıblar. Hadisə səhər tezdən baş verib, xoşbəxtlikdən həmin vaxt məktəbdə heç kim olmayıb", - Aldaodi deyib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Nıhad Axundov, jurnalıst