Ermənistan-Azərbaycan sərhədində düşmən təxribatı - VİDEO

Ermənistan-Azərbaycan sərhədində düşmən təxribatı - VİDEO

2 May 2021 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial şəbəkələrdə Ermənistan-Azərbaycan sərhədində baş verən mübahisənin videgörüntüləri yayılıb.

Oxuməni.az xəbər verir ki, hadisə ilə bağlı rəsmi məlumat olmasa da, mübahisənin Ermənistan-Azərbaycan sərhədinin Zəngilan rayonu istiqamətində baş verdiyi bildirilir. Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə düşmən hərbçilər arasında mübahisə əks olunub. Bəzi məlumatlarda hərbçilərimizlə mübahisə edənin əslində ermənilərin tərəfini tutan rusiyalı zabit olduğu söylənilir. Videodan aydın görünür ki, hərbçilərimizi təxribata çəkmək istəyirlər.

Sərhədimizə gələn düşmən tərəfin hərbçiləri ərazimizə soxulmağa çalışır. Lakin yüksək hazırlıqlı Azərbaycan sərhədçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri gülünc vəziyyətə düşürlər.

Bu görüntülərdə Azərbaycan hərbçilərinin təmkinli davranışı diqqət çəkir...