DSX- dən qəti xəbərdarlıq

DSX- dən qəti xəbərdarlıq

20 Dekabr 2013 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Balıqçılar dənizə çıxarkən həyatlarını təhlükə qarşısında qoymamaq üçün meteoroloji şəraiti nəzərə alsınlar və nasaz qayıqlardan istifadə etməsinlər!

Dövlət Sərhəd Xidməti əməkdaşları dənizdə köməksiz vəziyyətdə qalan balıqçıların həyatını xilas edib. Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindəki sərhəd nəzarəti məntəqəsinin xidməti sahəsində rezin qayıqla dənizə çıxan və küləyin güclənməsi səbəbindən geri qayıda bilməyən Mənsim Köçəriyev xilas edilib.
Astara rayon Kələdəhnə kəndi ərazisindəki sərhəd nəzarət xidməti sahəsindən 4 mil aralıda isə qayığın mühərrikində yaranan nasazlıq səbəbindən həyatları təhlükə altına düşən daha 2 nəfər - Tural Dadaşov və Kərim Məmmədov xilas edilib.
Dövlət Sərhəd Xidməti xəbərdarlıq edir ki, balıqçılar dənizə çıxarkən həyatlarını təhlükə qarşısında qoymamaq üçün meteoroloji şəraiti nəzərə alsınlar və nasaz qayıqlardan istifadə etməsinlər.