Komitə sədri kilsəyə getdi
Noyabr ayının 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ şəhərində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "Azərbaycan – tolerantlığa nümunə ölkə" mövzusunda dəyirmi masa keçirilib.
Alban-Udi xristian icmasının sədri Robert Mobili qonaqlara icmanın fəaliyyəti, icma tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, udilərin kompakt halda yaşadığı Nic qəsəbəsində mütəmadi abadlıq və quruculuq işləri aparılır.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətin din sahəsinə göstərdiyi diqqətdən, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, Alban-Udi dini icmasına bundan sonra da həm hökumət, həm də Dövlət Komitəsi tərəfindən bütün lazımi dəstək göstəriləcək.
Digər xəbərlər



















































.jpg)












































