Hicran Hüseynova: “Narkotik vasitələrlə bağlı mənfi hallara qadın və uşaqları da cəlb edirlər”
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" və prezidentin bununla bağlı xüsusi tapşırığı var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Xarici İşlər Nazirliyinə tapşırılıb ki, dekabrın 8-də "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" mövzusunda beynəlxalq konfrans keçirək".
Bunu Apa-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
H.Hüseynova deyib ki, konfransda qadın və uşaqlara narkotik vasitələrin təsirləri diqqət mərkəzində olacaq: "Bizi narahat edən odur ki, narkotik vasitələrlə bağlı mənfi hallara qadın və uşaqları da cəlb edirlər. Deyə bilmərəm ki, bu, Azərbaycanda faiz etibarilə çoxdur. Lakin 1-2 hal olsa belə, bu, bizi narahat edir. İstəyirik ki, qadın və uşaqları belə zərərli hallardan uzaqlaşdıraq. Düşünürəm ki, bu beynəlxalq konfransın nəticəsi olaraq qadın və uşaqları narkotik vasitələrin təsirlərindən qorumaq üçün hansısa mexanizmlər yaranacaq. Baş nazirin müavini Əli Həsənovun rəhbərliyi altında bu istiqamətində fəal iş aparır".
Qeyd edək ki, konfransda BMT-nin Narkotiklərlə və Cinayət işləri üzrə ofisinin, Avropa Şurasının, Narkotiklərlə mübarizə üzrə Avropa İttifaqının monitorinq mərkəzinin, Avropa Komissiyanın, UNICEF-in, ATƏT-in, İnterpolun, Beynəlxalq Səhiyyə Təşkilatının, Almaniya, Böyük Britaniya və Fransanın ekspertləri iştirak edəcəklər.
Mediainfo.az



















































.jpg)












































