Şeyx: "Çox çalışdıq ki, Dağlıq Qarabağ münaqişəsi dini müharibəyə çevrilməsin”

Şeyx: "Çox çalışdıq ki, Dağlıq Qarabağ münaqişəsi dini müharibəyə çevrilməsin”

29 May 2015 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Biz vaxtı ilə çox çalışdıq ki, Ermənistanın Azərbaycana qarşı işğalı nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi dini müharibəyə çevrilməsin".

Apa-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O qeyd edib ki, bu işdə o vaxtkı Rusiya patriarxı Alekseyin ona böyük dəstəyi olub: "Biz dini liderlər bu gün də bu münaqişənin tezliklə həll olunması, tökülən qanın dayanması üçün əlimizdən gələni etməyə hazırıq".

Mediainfo.az