NİİM NN-dən alınıb DİN-ə verilsin – Əli Hüseynli

NİİM NN-dən alınıb DİN-ə verilsin – Əli Hüseynli

20 Oktyabr 2015 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub.

Belə bir təşəbbüslə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlii çıxış edib.

O bildirib ki, onsuzda bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək: "Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək".
Ə. Hüseynlinin təklifinə deputat Adil Əliyev də dəstək verib.

Mediainfo.az