Masallı şəhər 3 nömrəli orta məktəbdə FHN-in 10 illiyi ilə bağlı müsabiqə keçirildi
Xəbər verdiyimiz kimi Masallı şəhər 3 nömrəli orta məktəbində Fövqəladə Hallar Nazirliyinin yaranmasının 10 illik yubileyi münasibətilə, oktyabrın 22 - də FHN-in Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Gənclər və İdman İdarəsi, Masallı Rayon Təhsil Şöbəsi və Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumları ilə birgə Masallı Rayon Gənclər və İdman İdarəsində Masallı rayon ümumtəhsil müəssisələrinin məktəbliləri arasında "Fövqəladə hallar sahəsində bilik müsabiqəsi" keçirildi.
Təbiri giriş sözü ilə gənclər və idman idarəsinin rəisi Camal Manafov açmış, məktəbliləri bu sahədə ayıq - sayıq olmağa, bu sahədəki biliklərini artırmağa çağırdı. Fövqəladə hallar zamanı İlk yardım, bu sahədəki vəzifələrə aydınlıq gətirdi.
Açılış mərasimində çıxış edən digər natiqlər - dövlət rəsmiləri, Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin əməkdaşları da bu sahədə maarifləndirmə tədbirləri haqqında fövqəladə hallar sahəsində keçirilən intellektual yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, fərdi və kollektiv mühafizə vasitələri, eləcə də ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən geniş bəhs etdi.
Fövqəladə hallar zamanı davranış qaydaları, yanğın və texniki təhlükəsizlik qaydaları, eləcə də mülki müdafiə tədbirləri sahəsində məktəblilərin daha da maarifləndirilməsi məqsədilə keçirilən intellektual yarışda FHN-in Cənub Regional Mərkəzin əhatə etdiyi ərazidə yerləşən Masallı rayonunun 15 ümumtəhsil müəssisəsinin komandası güclərini sınadı.
Yarışmada şagirdlər komanda şəklində mübarizə apardı, FH şəraitində biliklərini nümayiş etdirdi. Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Masallı şəhər Dəfnə liseyi I, Masallı rayon Türkoba kənd tam orta məktəbi II və Masallı şəhər 1 saylı tam orta məktəbi III yeri tutub. Yarışda fərqlənmiş komandalar diplom və qiymətli hədiyyələrlə təltif olundu.
Tədbirin sonunda müxtəlif mövzularda hazırlanmış video çarx, foto slaydlar, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylandı.
Əlihüseyn ŞÜKÜROV















































.jpg)
















































