Masallıda “Sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib

Masallıda “Sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib

3 Noyabr 2015 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə Masallı şəhər Gənclər Mərkəzində "Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sağlam həyat ( regionlarda zərərli vərdişlərin profilaktikası) mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açmış, iştirakçıları salamlamış və mövzunun əhəmiyyəti barədə geniş məlumat verib.
Təşkilatın icraçı direktoru Tələt Qəribov da problemin aktuallığından və onun fəsadları barədə geniş məruzə ilə çıxış edib.
Masallı Rayon Ağsaqqallar Şurasının sədr müavini, dövlət veteranı qulluğu Ələşrəf Niftiyev cıxış edərək dövlətimizin bu problemlərin həllində gördüyü işlərdən danışdı və bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən bəhs edərək, belə tədbirlərin davamlı xarakter daşımasını arzuladı.
Tədbirdə Masallı Rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Habil Sadıqov, rayon Təhsil şöbəsinin əməkdaşı Əyyar Burxanov və ekspert Sadiq Həsənov da mövzu ətrafında çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər, papaq və köynəklər paylanıb.
Əlihüseyn ŞÜKÜROV