Əhalinin nəzərinə! Koda düşən qaz sayğacını necə açmalı?

Əhalinin nəzərinə! Koda düşən qaz sayğacını necə açmalı?

4 Noyabr 2015 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

"Azəriqaz" İB-i koda düşən qaz sayğaclarını açılmasını abonentlərə yönəldib.

Azvision.az-ın yazdığına görə, bu o deməkdir ki, hər bir abonent öz sayğacını öz smart kartı ilə aça biləcək.

Bəs bunu necə etməli?

1. Smartkartınıza 1 azn pul yükləyirsiz. (Yüklədiyiniz 1azn xidmət haqqı deyil).

2. Sayğacın girişindəki krantı bağlayırsınız.

3. Kartı sayğaca daxil edirsiz. Ekranda sol tərəfdə "9" və "-----" xətt olanda barmağınız ilə "Göy" düyməni sıxırsınız. Sonra ekrana "OP190" yazısı gələndə barmağınızı düymədən götürüsünüz. Geriyə say başlayıb bitəndə sayğacın girişindəki krantı açıb qazdan istifadə edirsiniz.

Mediainfo.az