ADAU-da fermerlərlə semminar keçirilib

ADAU-da fermerlərlə semminar keçirilib

24 Dekabr 2015 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Aqrar Universitetin Aqronomluq fakültəsində, professor Faiq Məmmədov adına auditoriyada AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev FAO-nun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə layihəsi çərçivəsində Kartof sahələrində yayılmış virus xəstəlikləri mövzusunda daha bir seminar keçirib.

Xəbər verdiyimiz kimi Göy göl, Gədəbəy, Samux, Şəmkir, Tovuz rayonlarının fermerlərinin iştirakı ilə keçirilən seminarda Azərbaycanda kartof bitkisində yayılmış virus xəstəlikləri barədə geniş məlumat verilib, onlarla əkin sahələrinin hazırkı vəziyyəti və real problemlər Aqrar universitetin müəllim və tələbə heyətinin iştirakı ilə geniş müzakirə olunub, fermerləri düşündürən suallar cavablandırılıb. Onların təklif və xahişləri ilə belə seminarların bölgələrdə tez-tez keçirilməsinə qərar verilib.

Seminar Genetik Ehtiyatlar İnstitutu ilə ADAU arasında bağlanan müqavilə əsasında təşkil olunub.
Əlihüseyn ŞÜKÜROV

Quraşdırılmış təsvir 1

Quraşdırılmış təsvir 2