İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin

İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin

14 Oktyabr 2019 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

İtalyan ekspertlərin fikrincə, insanın cavan qalmasında əsas rolu qida faktoru oynayır.
Oxumeni.az xəbər verir ki, bu barədə “Lekko Notizie” jurnalı yazıb.
Jurnalın bildirdiyinə görə, İtaliya uzun ömürlülərin sayına görə dünyada lider ölkələrdən biridir. Bu ölkədə kişilər orta hesabla 81, qadınlar isə 85 il ömür sürür. Məlum olub ki, bu ölkənin əhalisi qidanın keyfiyyətinə həssaslıqla yanaşır. Onların qida rasionu zülal, A və C vitaminləri, fol turşusu və antioksidantlarla zəngindir.
Bundan başqa Appenin sakinləri spirtli içkilərdən az istifadə edir, siqaret çəkmir, şirin qazlı su içmir və əsasən yerli ərzaqlardan qida hazırlamağa üstünlük verirlər. Dietoloqlar vaxtından əvvəl qocalmaq istəməyənlərə hər gün ən azı 1,1 qram zülal qəbul etməyi məsləhət görürlər. Bu da əzələ kütləsini kifayət qədər qorumağa imkan verir.

Oxumeni.az